Araik Arutyunyanın andiçmə mərasimi keçirdiyi bina belə dağıdılıb – YENİ VİDEObackend

Araik Arutyunyanın andiçmə mərasimi keçirdiyi bina belə dağıdılıb – YENİ VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, oktyabr ayının 4-də Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin başçısı Araik Arutyunyanın Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edilib.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Ermənistan mediası binanın vurulmasından qısa müddət sonra qeydə alınan videogörüntüləri yayıb.

Bildirilir ki, 4 oktyabr tarixində çoxlu sayda polis Nikol Paşinyanın birbaşa əmri ilə “Şuşa Mədəniyyət Evi” adlandırılan həmin binada toplanıblar və bu zaman binaya raketlə zərbə endirilib.

İddia olunur ki, hadisə günü Milli Təhlükəsizlik Xidmətinin o zamankı direktoru Arqişti Kərəmyan Nikol Paşinyana məlumat verib. Paşinyan öldürülən polislərin adlarını gizli saxlamağı və bütün videoların yayımlanmasının qarşısını almaq üçün silinməsini tapşırıb.