Araik Arutyunyanın hospitaldan görüntüləri yayıldı – VİDEObackend

Araik Arutyunyanın hospitaldan görüntüləri yayıldı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın səhra hospitallarından birində yardım göstərilməsinə dair videogörüntü yayılıb.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, erməni sosial şəbəkə istifadəçilərinin paylaşdığı videoda hərbi mundirdə yaralı halda bir hərbçiyə tibbi yardım göstərildiyi əks olunub. Bu videonu paylaşan ermənilər iddia edirlər ki, hərbi mundirdə ağır yaralı olan şəxs Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyandır.

Xatırladaq ki, A.Arutyunyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə gün öncə məhv edilən avtomobil karvanında olub. Türkiyə mediasının bu barədə verdiyi ilkin məlumata görə, hadisə nəticəsində separatçıların “prezidenti” də məhv edilib. Separatçı-terrorçu A.Arutyunyanın məhv edildiyi ilə bağlı yayılan məlumatı Ermənistan hələ də faktla təkzib edə bilməyib.