Araik iki separatçını təltif etdibackend

Araik iki separatçını təltif etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma rejimin başçısı Araik Arutyunyan 1980-ci illərin sonlarından başlayaraq “Qarabağın azadlığı hərəkatının” öncülərindən olan İqor Muradyan və Vigen Şirinyanı ölümündən sonra “Artsax Qəhrəmanı” medalı ilə təltif edib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb. Harutyunyan çıxışı zamanı bu şəxslərin ermənilərin Qarabağla bağlı çoxillik arzusunun yerinə yetirilməsində xüsusi xidmətlərinin olduğunu deyib.

Xatırladaq ki, 1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında “Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə verilməsi haqqında” SSRİ Ali Sovetinə müraciət qəbul olunub.