Araik İrəvandadır və xalqa öz xidmətini təklif edirbackend

Araik İrəvandadır və xalqa öz xidmətini təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qondarma ölkənin separatçı prezidenti Araik Arutyunyan hazırda İrəvandadır və Ermənistandakı siyasi böhrandan çıxmaq üçün vasitəçilik missiyasına hazırdır.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, beynəlxalq axtarışda olan lider bu barədə özünün fesybuk səhifəsində açıqlama verib.

Hazırda Ermənistanın baş naziri Nikol Paşinyan tərəfdarları ilə paytaxtın küçələrini dolaşır. Müxaifət isə paytaxtın digər tərəfində mitinq toplayır. Artıq baş nazirin tərəfdarları və əleyhdarları arasında kiçik toqquşmalar qeydə alınıb.

Arutyunyanın qeyd etdiyi kimi, Ermənistandakı daxili siyasi vəziyyət böyük narahatlığa səbəb olub: “Bütün tərəflərə soyuqqanlılığı və ağlı başında olmağı tövsiyə edirəm, əks təqdirdə məğlubiyyətimiz dərinləşəcək və daha da ölümcül hala gələcək. Yetər ki, nə qədər qan tökdük, indi böhranı yumşaltmaq və uzunmüddətli inkişaf və möhkəmlənmə yolu ilə getmək vaxtıdır”.