Araik Paşinyanı müdafiə etdibackend

Araik Paşinyanı müdafiə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ separatçılarının başçısı Araik Arutyunyan Xankəndidə keçirdiyi toplantıda əvvəlki mövqeyindən fərqli olaraq, Ermənistanın baş naziri Nikol Paşinyanı müdafiə edib.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, bu barədə “Hraparak” qəzeti xəbər yayıb.

Azərbaycanla sülh sazişinin alternativinin olmadığını deyən A.Arutyunyan deyib ki, Paşinyan Qarabağı saxlamaq üçün hər şeyi edəcək.

Separatçıların başçısı ötən həftə Moskvada keçirilən Putin-Paşinyan görüşündə Rusiya prezidentinin ermənilər üçün önəmli vədlər verdiyini diqqətə çatdırıb.

O, bildirib ki, Ermənistan və Azərbaycan bir-birlərinin ərazi bütövlüyünü tanısalar belə, bu, Qarabağı vermək demək deyil.

A.Arutyunyan deyib ki, iki ölkə arasında imzalanacaq sülh müqaviləsində Qarabağ məsələsinin Ermənistan-Azərbaycan münasibətlərinə heç bir aidiyyəti olmadığına dair xüsusi bənd yer alacaq.

A.Arutyunyan deyib ki, Rusiya prezidenti Putin Moskva görüşündə Paşinyana deyib ki, məsələ hələ də qaynar olduğundan “soyumağa buraxılmalıdır”. Onun sözlərinə görə, Putin Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etməyə də söz verib.

A.Arutyunyanın açıqlamaları erməni müxalifət tərəfindən qəzəblə qarşılanıb və onu Paşinyanla birgə təslimçi mövqedə suçlayıblar.