Araik Qarabağ ermənilərini silahlandırmaqdan danışdıbackend

Araik Qarabağ ermənilərini silahlandırmaqdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı erməni separatçıların başçısı Araik Arutyunyan ötən gün Xocavənd rayonunun işğal altındakı Çartar qəsəbəsinə gəlib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Arutyunyan Çartarda Rusiyada yaşayan xeyriyyəçi Vladimir Avakyanın vəsaiti hesabına tikilmiş, çoxfunksiyalı idman kompleksinin şəraiti ilə tanış olub.

Separatçıların başçısı Çartardakı erməni icması ilə görüşüb, mövcud problemləri müzakirə edib. İcma üzvləri içməli və suvarma suyunun çatışmazlığından, yolların bərbad durumundan, bir sıra digər sosial-iqtisadi problemlərdən söz açıblar.

Qarabağda baş verən son hərbi-siyasi hadisələrə toxunan Araik Arutyunyan bildirib ki, bunlar əsasən geosiyasi vəziyyətlə bağlıdır.

O, üçtərəfli bəyanatla qurulan kövrək sülhdən və bu sülhün qorunması funksiyasını öz üzərinə götürən Rusiya sülhməramlı kontingentindən narazılığını gizlətməyib.

Separatçıların başçısı güclü səbirlə silahlanmanın vacibliyini vurğulayıb.