Araik Qarabağdakı hər erməni müəllimə 50 dollar hədiyyə etdi…backend

Araik Qarabağdakı hər erməni müəllimə 50 dollar hədiyyə etdi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının ərazisində hələ də Rusiyanın sülhməramlılarının himayəsində bəslənən separatçı-terrorçu erməni rejiminin tör-töküntülərinin başçısı sayılan Araik Arutyunyan Beynəlxalq Müəllim günü münasibətilə Qarabağdakı hər erməni müəllimə 25 min dram(təxm. 50 dollar) hədiyyə edib.

NOCOMMENT.az xəbər verir ki, bu haqda Ermənistanın Tert.am nəşri məlumat yayıb.

Separatçı rejimin qanunsuz təhsil qurumunun yaydığı son məlumatlara görə, II Qarabağ savaşınadək Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında 5 minə yaxın erməni müəllim fəaliyyət göstərib. Müharibə nətisəcində onlardan 2 minə yaxını işini itirib. Bu minvalla azı 2007-ci ildən 2018-ci ilədək “baş nazir” vı “dövlət naziri”, 2018-ci ildən bəri isə “prezident” olduğu dövrdən Azərbaycanın 20 faiz ərazisindəki yeraltı və yerüstü sərvətlərinin mənimsənilməsində aparıcı rol oynamış Araik 150 min dollara yaxın xərcə düşüb…
Moderator.az