Araik Xocalıda sement zavodu açdıbackend

Araik Xocalıda sement zavodu açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda Rusiya hərbi kontingentinin himayəsindəki separatçı rejim sement və başqa tikinti materialları istehsal edəcək zavod açıb.

NOCOMMENT moderator.az-a istinadən xəbər verir ki, erməni mediasının yaydığı məlumata görə, bu haqda separatçı-kriminal xuntanın başçısı sayılan Araik Arutyunyan özünün feysbuk səhifəsində yazıb.

O bildirib: “Əziz həmvətənlər! Artsaxda müasir bir sement zavodunun inşası proqramının investoru ilə 2020 -ci ilin sentyabrında bizə qarşı başlanan müharibəni müzakirə etdik.

Müharibədən sonra sahibkar nəinki biznes ideyasından əl çəkmədi, həm də onu tam şəkildə həyata keçirdi. İnvestisiya proqramının dəyəri təxminən 2 milyon ABŞ dolları idi. Zavod sementdən başqa, digər tikinti materialları da istehsal edəcək. Əminəm ki, bu materiallar Artsaxdakı genişmiqyaslı tikinti işlərində geniş tətbiqini tapacaq”, – deyə Araik yazıb.

Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, sözügedən sement zavodu Azərbaycanın keçmiş Əsgəran rayonu, deməli, indiki Xocalı rayonu ərazisində tikilib.