Araikin “ikili vətəndaş” planının arxasında nə durur?backend

Araikin “ikili vətəndaş” planının arxasında nə durur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bildiyiniz kimi, hazırda Qarabağda 25 min civarında erməni əhalisi yaşayır və bu say getdikcə azalır. Sadəcə olaraq, bunun qarşısını almaq, yəni “pripiska” etmək üçün belə bir üsula əl atıblar”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Siyasi analitik qondarma rejimin ikili vətəndaşlıq məsələsini qüvvəyə mindirməsi barəsində yayılan xəbərlərə münasibət bildirib:

“İkili vətəndaşlıq anlayışı budur ki, qondarma rejim Qarabağda yaşayan erməniləri qeydiyyata alıb onlara vətəndaşlıq verirlər və bununla da əhalinin süni şəkildə sayını artırmağa çalışırlar. Amma bu, bizə keçməz.

Onların nə istəməsindən asılı olmayaraq, buna imkan verilməyəcək. Yəni onlar nəyi dəyişirlər, nə edirlər, özləri nə istəyir, hansı mövqe nümayiş etdirilərsə-etdirsinlər, sonunda Azərbaycan çox yaxın gələcəkdə həmin ərazilərdə özünün tam suveren hüquqlarını bərpa edəcək.

Orada Azərbaycan qanunlarına tabe olub yaşamaq istəyən insanlar yaşayacaq, Azərbaycan qanunlarını pozanlar, hərbi cinayət törədənlər ya oradan qaçıb gedəcəklər, ya da Azərbaycan hüquq sisteminin qarşısında əməllərinə görə cavab verəcəklər.

Yaxud da cinayətlərə qarışmayıb, amma Azərbaycan ərazisində yaşamaq istəməyən varsa, bəli, onların da seçimi sərbəstdir və onlar da gedə bilərlər”.

“Onlar düşünürlər ki, guya həmin ermənilərin bir qismi Rusiya vətəndaşlığı alsa, o zaman onların toxunuzlmazlığı olacaq. Yəni guya Rusiya vətəndaşlarının bir toxunulmazlığı var və hər hansı bir antiterror əməliyyatı filan olarsa, bu, Rusiyaya qarşı olan bir hərəkət kimi dəyərləndirilə bilər və s.

Qısacası, özlərindən belə bir variant icad etməyə çalışırlar, amma bunların heç biri keçərli deyil.

Mən yenə deyirəm, bütün əngəllərə, o cümlədən onları dəstəkləyən dövlətlərin səylərinə baxmayaraq, mən əminəm ki, Azərbaycan onların orada nə deməsindən, nə etməyə çalışmasından asılı olmayaraq, yaxın gələcəkdə bu məsələləri həll edəcək” – müsahibimiz yekunlaşdırıb.