Araqçi: İran və ABŞ vasitəçilərin köməyi ilə nüvə məsələsi üzrə dialoqu davam etdirirbackend

Araqçi: İran və ABŞ vasitəçilərin köməyi ilə nüvə məsələsi üzrə dialoqu davam etdirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran və Vaşinqton İranın nüvə proqramı ətrafında yaranmış böhranın həlli məsələsində vasitəçilərin köməyi ilə mesaj mübadiləsini davam etdirir.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Araqçi məlumat verib.

“ABŞ-la dialoq vasitəçilər vasitəsilə davam edir. Amerikalılar qarşılıqlı hörmət əsasında danışıqlara hazır olduqları gün biz də tam hazır olacağıq. Bizim hüquqlarımıza riayət olunmalı və maraqlarımız hörmətlə qarşılanmalıdır”, – deyə o, Tasnim agentliyinə bildirib.

Nazirin sözlərinə görə, Tehran əvvəlki şərtlərlə danışıqlar masasına qayıtmayacaq, mövcud vəziyyəti nəzərə alaraq yeni çərçivələr razılaşdırılmalıdır.