İranın xarici işlər naziri Abbas Araqçi Münhen Təhlükəsizlik Konfransında İslam Respublikasına dair aparılan müzakirələri kəskin tənqid edib. O, bu mövzuda səsləndirilən fikirlərin qeyri-ciddi və reallıqdan uzaq olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, Araqçi “X” sosial şəbəkəsindəki paylaşımlarında İranla bağlı müzakirələrin “ciddi və real yanaşmadan uzaq” olduğunu vurğulayıb və faktiki olaraq konfransın “Münhen sirkinə” çevrildiyini qeyd edib.
Nazir həmçinin Avropa İttifaqının hazırda çaşqın vəziyyətdə olduğunu və regionda təsir imkanlarını tədricən itirdiyini bildirib. O, xüsusilə Almaniyanın mövqeyinə diqqət çəkərək, Berlinin regional siyasətini demək olar ki, tam şəkildə İsrailin təsiri altına verdiyini qeyd edib.
Araqçi əlavə edib ki, İranın nüvə proqramı ətrafında gedən proseslərdə Avropa İttifaqının və Avropa “üçlüyü”nün rolu getdikcə daha da zəifləyir.














