Ararat Mirzoyan avropalı qonaqlarla sərhəddəki vəziyyətdən danışdıbackend

Ararat Mirzoyan avropalı qonaqlarla sərhəddəki vəziyyətdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 21-də Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Fransanın Aİ Şurasında sədrliyinin nümayəndəsi, Fransa Prezidentinin Nazirlər Kabinetinin müşaviri İzabel Dümonun və Aİ-nin cənub üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Ararat Mirzoyan nümayəndə heyətinin üzvlərini Fransanın Aİ Şurasına sədrliyi üzərinə götürməsi münasibətilə təbrik edib, bunun səmərəli olacağına və Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin bərqərar olmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Ermənistan-Avropa İttifaqı əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi qeyd edilib.

Həmsöhbətlər Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsinin artırılması istiqamətində atılan addımlar ətrafında fikir mübadiləsi aparıblar.

Ararat Mirzoyan Avropa İttifaqı Şurasının sədrinin vasitəçiliyi ilə Brüssel görüşü nəticəsində əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyini qeyd edib.