Ararat Mirzoyan Brüsseldə Qarabağı müzakirə edəcəkbackend

Ararat Mirzoyan Brüsseldə Qarabağı müzakirə edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 17-də iki günlük işgüzar səfərlə Brüsselə gedəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Vaan Unanyan bildirib.

Mirzoyan Belçikanın paytaxtında Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 4-cü sessiyasında iştirak edəcək. Avropa İttifaqı (Aİ) nümayəndə heyətinə Avropa diplomatiyasının rəhbəri Jozep Borrell rəhbərlik edəcək.

Bildirilir ki, iclas iştirakçıları Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin, İqtisadi və İnvestisiya Proqramının icrası, demokratiya, qanunun aliliyi və insan hüquqları sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Nümayəndə heyətlərinin rəhbərləri iqtisadiyyatın ayrı-ayrı sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparacaq, viza rejiminin sadələşdirilməsi üzrə danışıqların başlanması perspektivlərinə toxunacaqlar.

İclasın gündəliyinə Qarabağ münaqişəsinin nizamlanması və regional təhlükəsizlik problemlərinin də müzakirəsi daxildir. Səfər zamanı Mirzoyan Aİ-nin müxtəlif rəsmiləri ilə görüşəcək.