Ararat Mirzoyan da Polşaya yollanıbbackend

Ararat Mirzoyan da Polşaya yollanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın xarici işlər naziri ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirak edəcək.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ararat Mirzoyan Polşanın Lodz şəhərinə işgüzar səfərə yollanıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfər dekabrın 2-də başa çatacaq. Mirzoyan Lodzda baş tutacaq ATƏT Nazirlər Şurasının 29-cu iclasında iştirak edəcək.

Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər də keçiriləcək.

Mirzoyanın azərbaycanlı həmkarı ilə görüşəcəyi barədə heç bir məlumat verilməyib. Xatırladaq ki, ATƏT Nazirlər Şurasının iclasında Ceyhun Bayramov da iştirak edəcək…