Arayikin vəzifə verdiyi “Çolka” ləqəbli polkovnik kimdir? – DOSYEbackend

Arayikin vəzifə verdiyi “Çolka” ləqəbli polkovnik kimdir? – DOSYE

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı erməni separatçı-terrorçu dəstənin başçısı Arayik Arutyunyan bu gün qondarma “Artsax rejimi”nin “təhlükəsizlik şurası”nın katibi Vitali Balasanyanın yerinə Ararat Melkumyanı təyin edib.

Separatçıların rəhbərliyində təmsil olunacaq Ararat Melkumyan kimdir?

NOCOMMENT.az xəbər verir ki, Ararat Melkumyan indiyə kimi separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurası” katibinin müavini olub.

Polkovnik rütbəsi daşıyan Ararat Melkumyan qarabağ erməniləri arasında “Çolka” ləqəbi ilə tanınır.

Onun Arayik Arutyunyanın yaxın dostu olduğu da bildirilir.

Saç düzümünə görə “Çolka” ləqəbi almış polkovnik Ararat Melkumyan 1973-cü il fevralın 1-də Xocavənd rayonunun Qırmızı Bazar (ermənilər Karmir Şuka deyirlər-red.) kəndində anadan olub.

Ararat Melkumyan separatçılar arasında nüfuzlu hərbçilərdən sayılır. Melkumyan 1990-cı illərdən Qarabağdakı separatçı hərakata qoşulub. O, həm 2016-cı ilin dörd günlük aprel müharibəsində, həm də 2020-ci ildəki 44 günlük müharibədə Azərbaycana qarşı döyüşüb.

Ararat Melkumyan ötən il sentyabrın 13-də Ermənistanla sərhəddə gedən döyüşlərdə də Azərbayacan qarşı vuruşub. Belə ki, onun həmin döyüşlərə Qarabağdan hərbi təlim keçmiş bir dəstə apardığı bildirilir.
Melkumyana qondarma “Artsaxın milli qəhrəmanı” adı da verilib.