Araz Ağalarov Krokus terrorundan danışdı – VİDEObackend

Araz Ağalarov Krokus terrorundan danışdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Crocus City Hall”un sahibi Araz Ağalarov konsert zalında baş verən terror aktına münasibət bildirib.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, o, RBK-ya müsahibəsində baş verənləri insani dəyərlər baxımından izaholunmaz adlandırıb.

“Dəhşətli faciə baş verdi və artıq deyilib ki, son 20 ildə belə bir şey olmayıb”,-deyə Araz Ağalarov bildirib.

Onun sözlərinə görə, terrorçular zala qapıdan deyil, qonşu sərgi mərkəzinin pəncərəsindən daxil olublar:

“Əllərində avtomat silahı var idi. Gördükləri hər şeyə atəş açmağa başladılar. Bütün insanlar, mühafizəçilərə. Bir mühafizəçi öldü, biri yaralandı. Onlar heç mühafizəçi də deyillər. Biz onlara “nəzarətçi” deyirik”.