Araz Musayevi bıçaqlayan daha 3 nəfər saxlanıldıbackend

Araz Musayevi bıçaqlayan daha 3 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araz Musayevi bıçaqlayan daha 3 nəfər saxlanılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, ümumilikdə saxlanılan 5 nəfərdən üçü Özbəkistan, ikisi isə Azərbaycan vətəndaşıdır.

Saxlanılan Azərbaycan vətəndaşları Azər Həsənsoyla Elşən Abdulrəhimovdur.

Xatırladaq ki, Azərbaycan Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev çərşənbə günü, mayın 28-də Türkiyədə bıçaqlanıb. Ona boyun və qarın nahiyəsindən iki bıçaq zərbəsi vurulub.

Hadisə İFMA üzrə dünya çempionatının keçirildiyi Antalyada baş verib. /unikal.az/