Türkiyədə bıçaqlanan Araz Musayev Antalyada Təhsil və Araşdırma Xəstəxanasına yerləşdirilib.
NOCOMMENT.az “Unikal”a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
18:12
Türkiyədə bıçaqlanan Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.
NOCOMMENT.az “Unikal”a istinadən xəbər verir ki, onun vəziyyətini həkimlər ağır qiymətləndirir.
18:01
Muay Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev bıçaqlanıb.
NOCOMMENT.az “Unikal”a istinadən xəbər verir ki, hadisə Türkiyənin Antalya bölgəsində baş verib. Bununla bağlı yayılan videoda A.Musayevə ətrafdakı şəxslər tərəfindən yardım edildiyi görünür.
Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Qeyd edək ki, Araz Musayev Antalyada Kəmər Dövlət Xəstəxanasına yerləşdirilib.