“Araz Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndəribbackend

“Araz Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futzal üzrə Çempionlar Liqasının final mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” iştirak ərizəsini UEFA-ya göndərib.

NOCOMMENT-in məlumatına görə, ölkə çempionu həlledici raundda 19 oyunçunun xidmətindən istifadə edəcək.

Onlardan 3-ü qapıçı, 5-i müdafiəçi, 11-i isə hücumçudur.

Qapıçılar: Rövşən Hüseynli, Emin Kürdov, Cavad Məmmədov

Müdafiəçilər: Rizvan Fərzəliyev, Amir Şojaei, Murilyo Borges, Hadi Ahmadi, Oruc Baxşəlizadə

Hücumçular: Samir Həmzəyev, Namiq Məmmədkərimov, David Qustavo Dos Santos, Ramiz Çovdarov, Maneka, İsa Atayev, Xətai Bağırov, Tofiq Mikayılov, Felipinyo, Nurlan Mehdizadə, Eşhaq Şoorqali

Qeyd edək ki, B yolunda yer alan “Araz-Naxçıvan” “Uraqan İvano – Frankivsk” (Ukrayna), “Ligeni” (Kosovo) və “Yunayted Qalati” (Rumıniya) klubları ilə birlikdə 6-cı qrupda mübarizə aparacaq. Bu qrupun matçları Ukraynada olacaq.

Əsas mərhələnin oyunları oktyabrın 26-dan 31-dək keçiriləcək.