Araz Supermarket şəbəkəsi Laçında – FOTObackend

Araz Supermarket şəbəkəsi Laçında – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Araz Supermarketlər şəbəkəsinin növbəti filialı Laçın şəhərində açılıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə qurumun marketinq direktoru Ramil Ağayev sosial media hesabında paylaşım edib.

“Bir zamanlar hər yeni filialın açılışını etdiyimiz zaman o gün olsun ki, növbəti marketi Qarabağda açaq deyirdik. İndi isə həmin möhtəşəm gündür. Araz supermarketlər şəbəkəsinin növbəti filialını Şuşa şəhərindən sonra Laçın şəhərində müştərilərimizin xidmətinə verdik. Bu hissi, bu qüruru bizə yaşadan cənab Ali Baş Komandana, ordumuza minnətdaram. Şəhidlərimizin ruhu qarşısında baş əyərək, qazilərimizə şəfa arzulayıram”, – deyə o qeyd edib.