Araz Supermarketlər Şəbəkəsi Johnson&Johnson şirkətini BOYKOT ETDİbackend

Araz Supermarketlər Şəbəkəsi Johnson&Johnson şirkətini BOYKOT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın ən böyük supermarketlər şəbəkəsindən biri olan “Araz” Supermarketlər Şəbəkəsi Johnson&Johnson şirkətinə aid məhsulları boykot edərək, bu məhsulların satışını dayandırıb.

NOCOMMENT.az xəbər verir ki, hazırda məhsullar rəflərdən yığışdırılır.

Qeyd edək ki, bu addım “Johnson&Johnson” şirkətinin Tvitter hesabındakı paylaşımında Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşmasına etiraz əlaməti olaraq atılıb. 

Xatırladaq ki, ölkədə bir çox tanınmış marketlər şəbəkəsi sözügedən şirkətin məhsullarının satışını dayandırıb.