Argentina Çinə 1 milyard dollar idxalı yuanla ödəyəcəkbackend

Argentina Çinə 1 milyard dollar idxalı yuanla ödəyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın İqtisadiyyat naziri Sergio Massa, ölkəsinin bu ay Çinlə 1 milyard dollardan çox idxalı yuanla ödəmək barədə razılığa gəldiyini bildirdi.

NOCOMMENT xəbər verir ki, Argentina Mərkəzi Bankda ehtiyat itkisini azaltmaq üçün Çinə borcunu ABŞ dolları əvəzinə Çin yuanı ilə edəcəyini açıqlayıb.

Bu arada Çinin Buenos-Ayresdəki səfiri Zou Xiaoli və müxtəlif sektorların nümayəndələri ilə görüşən Sergio Massa, Çinə 1 milyard dollardan çox idxal ödənişini yuanla etmək üçün Çinlə razılaşdıqlarını bildirib.

Çinlə bağlanan müqavilə çərçivəsində Argentina şirkətləri aprel ayında Çindən 1 milyard 70 milyon dollarlıq idxal üçün Çin yuanı ilə ödəniş edəcək. May ayında planlaşdırılan məbləğin 790 milyon dollar ətrafında olması gözlənilir.

Hazırda Çin Argentinanın ikinci ən böyük ticarət tərəfdaşı və ikinci ən böyük ixracatçısı kimi seçilir.