Argentina məhkəməsi Nikaraqua prezidenti Daniel Orteqa və ölkənin vitse-prezidenti Rosario Murillonun həbsinə order verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə argentinalı hüquqşünas Dario Riçarte “X” sosial şəbəkəsində məlumat verib.
Bundan əlavə, hüquq müdafiəçisinin sözlərinə görə, ölkə hökuməti ilə əlaqəsi olan və “ciddi insan haqlarının pozulmasına” görə məsuliyyət daşıyan daha 12 nəfərin həbsinə order verilib.
Infobae portalının məlumatına görə, iddia 2022-ci ilin avqustunda verilib.