Argentina prezidenti Ukrayna üzrə sülh konfransında iştirak edəcəkbackend

Argentina prezidenti Ukrayna üzrə sülh konfransında iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina prezidenti Xavyer Miley qərarını dəyişərək, Ukrayna münaqişəsinin həlli ilə bağlı İsveçrədə keçiriləcək konfransda iştirak etmək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, Bu barədə Argentinanın “Clarin” qəzeti məlumat yayıb.

Dövlət başçısının bu qərarı “son anda” verdiyi bildirilir. Nəşrin məlumatına görə, Ukrayna prezidenti Vladimir Zelenski Mileyə xüsusi mesaj göndərərək ondan heç olmasa sammitin açılış mərasimində iştirak etməsini xahiş edib. Argentinanın müdafiə naziri Luis Petri də İsveçrəyə səfər edəcək.

Qeyd edək ki, iyunun 15-16-da İsveçrənin Bürgenstok kurortunda Rusiyanın iştirakı olmadan Ukraynadakı münaqişənin həlli üzrə sammit keçiriləcək. Toplantıya 160-dan çox ölkədən nümayəndə heyətləri dəvət olunub. 100-dən az ölkə iştirakını təsdiqləyib.