Argentinada abort cinayət sayıla bilərbackend

Argentinada abort cinayət sayıla bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina prezidenti Xavyer Maylinin rəhbərlik etdiyi ifrat sağçı liberter “Freedom Comes” koalisiyası ölkədə abortun qadağan edilməsi ilə bağlı qanun layihəsi təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Nacion” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, qanun layihəsində abort “cinayət” kimi müəyyən edilib. Bu, 1921-ci ildə ölkənin cinayət məcəlləsində abort üçün nəzərdə tutulan cəzaların demək olar ki, eynisini ifadə edir.

Abort edənlər qadının razılığı ilə həyata keçirilərsə, bir ildən dörd ilədək həbs cəzası ilə cəzalandırılacaq. Abort qadının ölümü ilə nəticələnərsə, maksimum cəza altı ilə qədər artırılacaq”.

Hamilə qadının razılığı olmadan abort edilirsə, cəza artır – üç ildən on ilədək həbs. Bu müdaxilə qadının ölümünə səbəb olarsa, həbs müddəti 15 ilə qədər artacaq.