Argentinada daşqınlar səbəbindən 7 mindən çox sakin təxliyə olunubbackend

Argentinada daşqınlar səbəbindən 7 mindən çox sakin təxliyə olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın Buenos-Ayres şəhərinin ətraf ərazilərində və eyniadlı vilayətin bir sıra şəhərlərində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində 7 mindən çox insan təxliyə olunub.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “La Nación” qəzeti regional hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

Məlumata görə, hazırda 3 nəfər itkin düşmüş hesab olunur. Bəzi sakinlər təhlükəli zonanı öz təşəbbüsləri ilə tərk ediblər.