Argentinada istehlak qiymətləri indeksinin ümumi səviyyəsi 2024-cü ilin sentyabrında 3,5%, ilin əvvəlindən isə ötən ilin müvafiq ayı ilə müqayisədə 101,6% artıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Statistika və Siyahıyaalma İnstitutunun dərc etdiyi məlumatda deyilir.
Sentyabr göstəricisi 2021-ci ilin noyabrından bəri ən aşağı göstəricidir, lakin Argentinanın inflyasiyası regionda ən yüksək olaraq qalır. İndeksə daha çox kommunal xidmətlər (+7,3%), geyim (+6%) və təhsil (+4,3%) qiymətlərindəki artım təsir edib.
Qeyd edək ki, Argentina bir neçə ildir ki, ən yüksək inflyasiyaya malik ölkələr sırasındadır. 2023-cü ilin sonunda qiymət artımı 211,4%, 2022-ci ildə 94,8%, 2021-ci ildə 50,9% olub. 19 noyabr 2023-cü ildə Xavyer Mileyin prezident seçilməsindən sonra qiymət artımı əhəmiyyətli dərəcədə sürətlənib.