Argentinada ümumi daxili məhsul (ÜDM) istehsalı 3,5 % azalacaqbackend

Argentinada ümumi daxili məhsul (ÜDM) istehsalı 3,5 % azalacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina hökumətinin proqnozlarına görə, 2024-cü ildə ölkənin ümumi daxili məhsulu (ÜDM) 3,5% azalacaq, inflyasiya isə illik 130%-dən az olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı “La Nacion” qəzeti yayıb.

Qəzet 2025-ci ilin büdcəsinin hazırlanması üçün icra hakimiyyətindən parlamentə göndərilən hesabata istinad edərək yazır ki, istehlak 6,6 faiz, investisiya 17,2 faiz, idxal isə 17,7 faiz azalacaq.

Eyni zamanda, ixracın 20,9% artımı gözlənilir. Dolların rəsmi məzənnəsinin hazırkı 954,1 peso səviyyəsindən 1016 pesoya yüksəlməsi planlaşdırılır.

Argentina prezidenti Xavyer Miley ötən il dekabrın 10-da vəzifəsinin icrasına başlayıb və dövlət başçısı kimi ilk çıxışında ölkənin vəziyyətini kritik adlandırıb, qəti iqtisadi tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Libertar siyasətçi dövlətin iqtisadiyyata minimal müdaxiləsinin tərəfdarıdır və hesab edir ki, Argentinanın iqtisadi problemlərinin həlli xərcləri azaltmaqla büdcə kəsirini azaltmaqdan keçir.

İyunun 28-də uzun müzakirələrdən sonra Argentina parlamentinin aşağı palatası ölkə prezidenti Xavyer Maylinin islahatlar paketini təsdiqləyib.

Argentina Katolik Universitetinin tədqiqatçılarına görə, ilin birinci rübündə ölkədə yoxsulluq səviyyəsi Mileyin islahatları sayəsində 49,5%-dən 55%-ə yüksəlib, eyni dövrdə işsizlik 5,7%-dən 7,7%-ə yüksəlib, ÜDM isə 5,1% azalıb.