Argentinadan Türkiyəyə yardım göndərilibbackend

Argentinadan Türkiyəyə yardım göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra Argentinada təbii fəlakət qurbanları üçün yenidən yardım materialı toplanıb.

NOCOMMENT xəbər verir ki, Argentina Xarici İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Humanitar Yardım Agentliyi Türkiyənin Buenos-Ayresdəki səfirliyi ilə birgə zəlzələdən zərər çəkənlər üçün 3 ton humanitar yardım paketi hazırlayıb.

Səfirlikdən verilən açıqlamaya görə, indiyədək Türkiyəyə 5 ton humanitar yardım materialının göndərildiyi, növbəti yardımların göndərilməsinin isə gələn həftə həyata keçiriləcəyi bildirilib.

Göndərilən son yardım materialının Argentina Respublikası İslam Mərkəzi vasitəsilə Argentina Yük Maşınları Sürücüləri Birliyinin topladığı ianələrdən ibarət olduğu xatırladılıb, hər kəsin çiyin-çiyinə çalışdığı vurğulanıb.