Arı sancdı, dünyasını dəyişdibackend

Arı sancdı, dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fındıq yığan 17 yaşlı qız arının əlini sancması nəticəsində  ölüb.

NOCOMMENT.az xəbər verir ki, hadisə Türkiyənin Samsun vilayətində baş verib.

Evə gələn gənc qızın vəziyyəti pisləşib və ailəsi tərəfindən Asarcık Dövlət Xəstəxanasına aparılıb. Burada müdaxilə edilən Güldaş evə buraxılıb. Evində yenidən pisləşən Melike Güldaş ailəsi tərəfindən yenidən Asarcık Dövlət Xəstəxanasına aparılıb.

Gənc qızın həyatı təhlükəsi olduğu üçün Samsun Ondokuz May Universiteti Tibb Fakültəsi Xəstəxanasına sövq edilib. Samsunda xəstəxanaya aparılarkən təcili yardım maşınında ürəyi dayanan gənc qız Kavak Dövlət Xəstəxanasına aparılıb. Xəstəxanada edilən müdaxilələrə baxmayaraq, Melike Güldaşın həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.