Arif Quliyevin oğlu: Atamın səhhətində…backend

Arif Quliyevin oğlu: Atamın səhhətində…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusa (COVID-19) yoluxan Xalq artisti Arif Quliyevin səhhətində müəyyən irəliləyişlər var.

NOCOMMENT xəbər verir ki, bunu report-a açıqlamasında A.Quliyevin oğlu Rövşən Quliyev bildirib.

“Vəziyyəti ağır olaraq qalır, amma həkimlər yaxşı olacağı deyirlər. Xəstəxanaya yerləşdirildiyi dövrlə müqayisədə təxminən 20 faiz irəliləyiş var. Amma hələ də süni tənəffüs aparatına qoşuludur. Müalicəsi davam edir. Gözləyirik”, – deyə o bildirib.

Qeyd edək ki, A.Quliyevin ağciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulub.