Dizayner Giorgio Armani 91 yaşında vəfat edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə France 24 məlumat yayıb.
Məlumata görə, italyan modelyer Giorgio Armani 91 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi və yeri hələ açıqlanmayıb.
Armani öz adını daşıyan şirkətin Müşahidə Şurasının sədri, baş direktor və kreativ direktoru vəzifələrini icra edirdi.
1974-cü ildə Giorgio Armani ilk dəfə öz adını daşıyan kolleksiyasını təqdim edib. Daha sonra yaxın dostu, memar Serco Galeotti onu şirkət qurmağa razı salıb və maliyyə idarəsini öz üzərinə götürüb. Onun rəhbərliyi altında Giorgio Armani USA, Emporio Armani və Armani Jeans bölmələri yaradılıb.