Armen Qasparyan: Bu, hərbi məğlubiyyət deyil, milli təhqirdirbackend

Armen Qasparyan: Bu, hərbi məğlubiyyət deyil, milli təhqirdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı politoloq və publisist Armen Qasparyan erməni cəmiyyətinin Qarabağda baş verənlərdən hələ tam xəbərdar olmadığını iddia edib.

NOCOMMENT xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Politoloq bildirib ki, Ermənistan Azərbaycanla informasiya müharibəsini 2020-ci ilin sentyabrından çox əvvəl – 2018-ci ilin mayında uduzub.

Paşinyanın əsas səhvi və Qarabağdakı məğlubiyyətin səbəbi barədə danışan politoloq hesab edir ki, hakimiyyətə gələn Paşinyan və komandası informasiya təhlükəsizliyi daxil olmaqla “mümkün olan hər şeyi məhv etməyə başlayıblar”: “Qarabağdakı müharibə dövründə Ermənistanın yaydığı iki xəbərə qarşı Azərbaycan 8 xəbərlə cavab verib”.

Qasparyan günahı tək bir nəfərin üzərinə atmağın təhlükəli olduğunu da bildirib. Onun sözlərinə görə, bu gün müxalifəti təmsil edən və informasiya gündəmini zəbt edən bəzi qüvvələr mövcud vəziyyətə gətirib çıxaran qərarları vaxtilə alqışlayıb: “İnsanların zəif yaddaşa sahib olduqlarını düşünürlər və onlar böyük səhv edirlər. Bağışlayın, lakin bu cür komponentlərlə müharibə yalnız məğlubiyyətlə nəticələnər. Ümumiyyətlə, mənə elə gəlir ki, Ermənistanda nə baş verdiyini tam anlamırlar. Bu, hərbi məğlubiyyət deyil, milli təhqirdir və bunda çoxları günahkardır. Hazırkı tək günahkar axtarışı 2018-ci ildəki vəziyyətə gətirib çıxaracaq”, – deyə Qasparyan əlavə edib.