Armen Qriqoryan: Ancaq bu şərtlə dəhlizə razılıq verə bilərikbackend

Armen Qriqoryan: Ancaq bu şərtlə dəhlizə razılıq verə bilərik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz bəyan etmişik ki, nəzarətimizdə olmayan bir dəhliz mümkün deyil”.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan deyib.

O bildirib ki, regionda kommunikasiya əlaqələrin bərpası üçün Ermənistan ərazisində qurulacaq dəhliz və ya yolların açılması mümkündür: “Ancaq, biz bildirmişik ki, nəzarətimizdən kənar şəkildə Ermənistan ərazisindən keçən bir dəhliz ola bilməz. Həmin yolları Ermənistanın nəzarəti altında aça bilərik”.

Qriqoryan həmçinin bildirib ki, problemin həlli üçün dialoqa ehtiyac var. Çünki, tərəflər arasında yüksək səviyyədə müsbət siqnallar var.