Armen Qriqoryan etiraf etdi: Müharibəni dayandırmaq haqda ilk dəfə…backend

Armen Qriqoryan etiraf etdi: Müharibəni dayandırmaq haqda ilk dəfə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin başlamasından dörd gün sonra heç kim Ermənistan hökumətinə müharibəni dayandırmaq təklifi verməyib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O, bununla da guya Baş qərargahın keçmiş rəisi Onik Qasparyanın müharibə başlayandan dörd gün sonra onu dayandırmağı təklif etdiyinə dair açıqlamasını təkzib edib.

Armen Qriqoryan bildirib ki, müharibənin dördüncü günündə Təhlükəsizlik Şurasının iclasında heç kim müharibəni dayandırmağı təklif etməyib: “Baş qərargah rəisi iclasda hərbi vəziyyətlə bağlı təkliflərini təqdim edib. Eyni zamanda cəbhə bölgəsində hərbi vəziyyətin dəyişmədiyini və ordunun ona verilən tapşırıqları yerinə yetirməkdə davam edəcəyini söyləyib. Bir daha vurğulayıram ki, bu iclasda heç kim müharibəni dayandırmaq təklifi ilə çıxış etmədi. Əksinə, bu barədə ilk dəfə oktyabrın 19-da keçirilən Təhlükəsizlik Şursının iclasında danışıldı. Deyildi ki, erməni tərəfinin hələ 2-3 günü var. Bundan sonra müharibə 20 gün davam etdi”.