Armen Qriqoryan: Gorus-Qafan yolu ilə bağlı Azərbaycanla danışıqlar aparılırbackend

Armen Qriqoryan: Gorus-Qafan yolu ilə bağlı Azərbaycanla danışıqlar aparılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrana gedən Gorus-Qafan avtomobil yolu ilə bağlı həm Rusiya ilə həm də Azərbaycanla danışıqlar aparılır.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətdə keçirdiyi brifinqdə deyib.

“Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq. Rusiyalı tərəfdaşlarımızla və Azərbaycan tərəfi ilə bu mövzunu müzakirə edirik”, – deyə Qriqoryan qeyd edib.

Xatırladaq ki, İrandan Ermənistana daşınan naməlum yüklər səbəbilə Gorus-Qafan yolunda Azərbaycan tərəfindən yoxlamalar başladılmışdı. Daha sonra qanuna uyğun olaraq İran TIR-larından rüsm tələb edilsə də onlar bunu ödəməkdən imtina etmişdi.