Armen Qriqoryan: Qərbdən Ermənistana heç bir təzyiq yoxdurbackend

Armen Qriqoryan: Qərbdən Ermənistana heç bir təzyiq yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərbdən Ermənistana heç bir təzyiq yoxdur və heç kim Ermənistanın Rusiya ilə münasibətlərini pozmayıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan brifinq zamanı bildirib.

“Bizi tez-tez ittiham edirlər ki, Ermənistanla Rusiya arasında münasibətlər bizim sayəmizdə pisləşib. Gəlin vəziyyətə daha geniş nəzər salaq və Rusiyanın digər ölkələrlə münasibətlərinin pisləşib-pisləşmədiyini anlayaq.

Ermənistan kimi çoxlu nümunələr var. Məsələyə insani müstəvidə nəzər salaq: əgər bir nəfər çox adamla pis münasibətdədirsə, deməli, bu, çoxlarının problemi deyil, yəqin ki, bir nəfərin problemidir”, – deyə Armen Qriqoryan qeyd edib.