Armenia fakt: Ermənilər bu videoların təsiri altındadırlarbackend

Armenia fakt: Ermənilər bu videoların təsiri altındadırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan cəmiyyəti indi Azərbaycanın yaydığı müharibə videolarının təsiri altındadır və həmin videolara daha çox inanır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə “Fakt Armenia” nəşri yazıb.

Bildirilir ki, müharibənin ilk günlərindən fərqli olaraq, oktyabrın 1-dən sonra Azərbaycan tərəfi informasiya müharibəsində üstünlüyü ələ alıb.

Nəşrin yazdığına görə, daha çox Feysbuk sosial şəbəkəsində fəal olan azərbaycanlı istifadəçilər Ermənistan seqmentindəki insanları döyüşlərdə Azərbaycanın qələbəsinə inandıra biliblər. Hətta nəşr videoların daha inandırıcı formada “hazırlandığını” iddia edir, gerçək olması faktını isə hər vəchlə təkzib etməyə çalışır.

Mənbə ermənilərə tövsiyə edir ki, Azərbaycanın yaydığı videolara inanmasınlar. Bununla yanaşı, Azərbaycan domenli saytlara girişin bloklanması barədə də çağırış edilib.