Armenia hava yollarının ofisi qarət olundubackend

Armenia hava yollarının ofisi qarət olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistana məxsus Armenia hava yolları şirkətinin direktorunun kabinetindən qapının kilidini açmaq yolu ilə böyük məbləğdə pul oğurlanıb.

NOCOMMENT xəbər verir ki, bu barədə Sputnik Armenia polisə istinadla məlumat yayıb.

“Oğurluq Armenia hava yollarının ofisindən edilib. Polis bölməsinə 15 noyabr tarixində saat 10:41-də hava yolları şirkətinin direktor müavinindən məlumat daxil olub. Bildirilib ki, naməlum şəxs və şəxslər hava yolu şirkətinin ofisinə açar seçmə üsulu ilə daxil olublar və direktorun kabinetindən külli miqdarda pul aparıblar”, – deyə məlumatda bildirilib.

Sputnik-in qeyd etdiyinə görə, hazırda polis hadisənin təfərrüatlarını araşdırır.