Arşakyan: Sülhməramlılar aksiyanı dağıtmaq istədilər, ancaq…backend

Arşakyan: Sülhməramlılar aksiyanı dağıtmaq istədilər, ancaq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya artıq özünü ermənilərin müttəfiqi adlandıra və təhlükəsizliyimizin qarantı məsuliyyətini öz üzərinə götürə bilməz. Putinlə Əliyev arasında telefon danışığından sonra hər şey daha da aydın oldu.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bunu tanınmış erməni analitik Tevos Arşakyan deyib.

“Sülhməramlılar əvvəl-əvvəl Xankəndi yaxınlığında azərbaycanlı ekoloqların aksiyasını dağıtmaq üçün hətta BMP-ni sürüyüb gətirmişdilər. Ancaq səhv etdiklərini başa düşərək, onu tez bir zamanda daimi dislokasiya yerinə qaytarıblar.

Hazırda İrəvanda da Rusiyanı müttəfiq kimi görmək istəyən yoxdur. Son illər Rusiya bizə dəfələrlə xəyanət edib. Rusiya artıq özünü ermənilərin müttəfiqi adlandıra və təhlükəsizliyimizin qarantı məsuliyyətini öz üzərinə götürə bilməz. Rusiyaya ancaq bölgədəki hərbi mövcudluğunu təmin etmək lazımdır, qalanları, o cümlədən erməniləri vecinə almır. Ona görə də ilk növbədə Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsinə başlamağın əsl vaxtıdır. Bunun əvəzində Fransa və yaxud ABŞ hərbi bazası Ermənistanda yaradılmalıdır”, – deyə o qeyd edib.