Arşakyan Zaxarovanı təhqir etdi: Nankor, alkoqolikbackend

Arşakyan Zaxarovanı təhqir etdi: Nankor, alkoqolik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova da Ermənistanın sanksiya siyahısına düşdü.

NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu fikirlərlə tanınmış erməni siyasi şərhçi Tevos Arşakyan çıxış edib.

“Artıq ikinci gündür ki, Köçəryan və Sərkisyanın rusiyalı təbliğatçıları tərəfindən nəzarət edilən KİV rəsmi İrəvanın rusiyalı deputat Konstantin Zatulinin və RT-nin rəhbəri Marqarita Simonyanın Ermənistana girişini qadağan etmək qərarına görə sanki saçlarını yolurlar.

Rusiya rəsmiləri də İrəvanın “qara siyahısı”ndan kənarda qalmadılar. Beləliklə, gürcü ermənisi Kələntəryanın pulu ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü təyin edilən nankor və xroniki alkoqolik Maşka Zaxarova ölkəmizin mövcud hakimiyyətinə qarşı son dərəcə aqressiv açıqlamalar verib. O ki qaldı Zatulinə, əslində onu da deputat edən Soçidə yaşayan ermənilər olub.

Marqo Simonyanın isə, ümumiyyətlə, ermənilərlə bir bağlılığı yoxdur. Bu adam müsahibələrindən birində – “erməni dilini bilməməyimlə fəxr edirəm”, – deyib. Budur ki, İrəvan düz edib bu adamları “qara siyahıya” salıb”, – deyə o qeyd edib.