Arstrun erməniləri QƏZƏBLƏNDİRDİ: Sən yenə yalan çantanı açdın?backend

Arstrun erməniləri QƏZƏBLƏNDİRDİ: Sən yenə yalan çantanı açdın?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

44 günlük II Qarabağ Müharibəsi zamanı Ermənistan ordusunun cəbhədəki “uğurlu əməliyyatları” haqqında danışan və bununla da erməni ictimaiyyətini aldadan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Artsrun Hovhannisyan yenə gündəm olub.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Ermənistanın bəzi KİV-i Artsrun Ovannisyanı yenidən hoqqabazlıqda suçlayıblar. Buna Ovannisyanın dünən feysbukda yazıdığı bir qeyd səbəb olub.

Belə ki, 44 günlük müharibədəki məğlubiyyətin qeyri-rəsmi simvolu sayılan A.Ovannisyan dünən Zəngəzurda – Ermənistan-Azərbaycan sərhəddində yaşanan gərgin vəziyyətlə bağlı yazıb ki, Sünikə gedir, hərəkətə keçməyin vaxtıdır.

“Mən getdim… İndi sadəcə iş vaxtıdır. Eşq olsun Ordumuza”, – deyə o, özünün sosial şəbəkə hesabında yazıb.

Sosial şəbəkələrin erməni istifadəçiləri Artsrun Ovannisyanı susmağa çağırıblar. Ona lağ edənlər də olub, təhqir edənlər də. Hətta bəziləri Artsrunu təhdid edib, söyüb, aşağılayıb, üzr istəməsini tələb ediblər

Artsrun Ovannisyanın statusu altında şərh yazan ermənilərin çoxu onu heç olmasa bu dəfə ölkə ictimaiyyətini ələ salmamağa çağırıb.

Erməni mətbuatı yazır ki, Ovannisyan şərhlərin çoxunu öz postunun altından silib. Lakin onun yazısını tirajlayan medianın səhifələrindən bunu edə bilməyib.

Mətbuat Ovannisyana cavab yazan bəzi ermənilərin qeydlərini dərc edib

Astghik Sahakyan: “Müharibə planlaşdırmışdın, buna görə özünü yenə orada gördün, yalançı əclaf?”

Xandut Zurnaçyan: “Rədd ol get, quldur, bunu heç kim eşitməsin. Çünki ermənilərin düşmənidir”.

Angin Qorqyan: “İndi nə etmək istəyirsən? İstədiyini etdin, bəsdir”.

Lusine Minasyan: “Sən, ümumiyyətlə, yoxsan, sənin görünüşün məğlubiyyət simvoludur”.

Qohar Xaçatryan: “Başqa bir şey eşidilməlidir, o, yenidən arenadadır, diqqətli olmalıyıq”.

Satine Davtyan: “Heç olmasa, bu dəfə insanlara düzgün məlumat ver”

Ruzanna Hareyan: “Çıx get, ən böyük yalançı”

Ripsik Karapetyan: “Sən yenə yalan çantanı açdın, Artsrun?”.