Artan etirazlar fonunda Brüsseldə VACİB GÖRÜŞbackend

Artan etirazlar fonunda Brüsseldə VACİB GÖRÜŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının kənd təsərrüfatı nazirləri fermerlərin problemlərini həll etmək üçün Brüsseldə görüşüblər. Ancaq həmin vaxt yüzlərlə traktor Brüsselə gəlib və tədbirin təşkil edildiyi məkanın qarşısında etiraz aksiyası keçiriblər.

NOCOMMENT.az xəbər verir ki, onlar iqlim dəyişikliyinə qarşı mübarizə və biomüxtəlifliyin qorunması üçün dünyada ən mütərəqqi tədbirlərdən bəzilərinin ləğvini tələb edir, qaydaların onların dolanışıq vasitələrinə zərər vurduğunu bildirirlər.

Avropanın əsas yollarını bağlayan fermerlərin etirazları, 27 ölkəni əhatə edən blokdakı insanların gündəlik həyatına təsir göstərməklə yanaşı nəqliyyatın hərəkətini də iflic edib. Bu da şirkətlərə on milyonlarla avroya başa gəlib.