“Artıq o formada geyinmərəm”backend

“Artıq o formada geyinmərəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Günay İbrahimli sözünü deyib. yetərincə… Düzgün, peşəkar insanlarla çalışmışam. Buna görə komandama da borcluyam, yaxşı adamlarla çalışanda uğurlu olursan”.

NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günay İbrahimli “Afaqla 10lar” proqramında deyib. Sənətçi yaradıcılığından danışıb.

Son günlər geyimlərini öz atelyesində hazırlatdıran günay artıq açıq-saçıq libaslardan uzaq olduğunu bildirib:

“İndi bağlı geyinmək daha iddialıdır. Bağlı geyinən qadın daha çəkici görünür. “Dəlisiyəm gecənin” klipində açıq geyinmişdim. İndi soruşsalar ki, edərsən? Yox, etmərəm. İllər keçdikcə, düşüncələr dəyişir. O vaxt şıltaq idim, indi ağıryana. O vaxt 18-19 yaşım var idi. Çox da gözəl yaraşmışdı. Səs-küy də yaratmışdı. Çimərlik geyimində olan klipimdən sonra konsert vermişdim”.

Bizi Facebookda izləyin