Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampın son açıqlamalarını qeyri-diplomatik adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, Lukaşenko Trampın ritorikasını açıq və kobud saydığını bildirib.
Onun sözlərinə görə, ABŞ prezidentinin bəyanatları diplomatiya qaydalarına uyğun gəlmir və beynəlxalq münasibətlərdə gərginliyi artırır.
“Baxın, o açıq şəkildə deyir: ‘Bizə Venesuela lazımdır, çünki orada neft var. Bizə Qrenlandiya lazımdır, çünki müdafiə baxımından vacibdir, həm də nadir torpaq metalları, neft, qaz — hamısı oradadır.’ O bunu açıq deyir. Diplomatların qəbul etmədiyi bir üslubdur. Mən də bunu qəbul etmirəm. Artıq sus, orada neft olduğunu demə, de ki, orada narkobaronlar var və onlara qarşı mübarizə aparırsan. Amma o açıq deyir ki, ona neft lazımdır. ‘Əgər siz, avropalılar, bizim məhsulları almayacaqsınızsa, onda halınız pis olacaq, hamınızı məhv edəcəyik və sairə.’ Bunu açıq şəkildə deyir”, – deyə Belarus prezidenti diqqətə çatdırıb.
Lukaşenko bildirib ki, bu cür bəyanatlar diplomatik normalara ziddir və beynəlxalq münasibətlərdə gərginliyi daha da artırır.









