Artıq təyyarədə də mesajlaşmaq olacaqbackend

Artıq təyyarədə də mesajlaşmaq olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk Hava Yolları (THY) beynəlxalq uçuşlarda sərnişinlərinə məhdudiyyətsiz mesajlaşma imkanları təqdim edir.

NOCOMMENT xəbər verir ki, THY Mətbuat Xidmətindən verilən məlumata görə, Şirkət 2011-ci ildən bu yana qlobal liderə çevrilən internet xidmətində təqdim etdiyi təkmilləşdirmələrlə sərnişinlərinə yüksək keyfiyyətli təyyarədaxili internet təcrübəsi təqdim etməyə davam edir.

Aprel ayından etibarən THY “məhdudiyyətsiz mesajlaşmadan həzz alın” şüarı ilə beynəlxalq uçuşlarda bütün sərnişinlərinə WhatsApp, Messenger, iMessage və buna bənzər proqramlar üzərindən pulsuz limitsiz mesajlaşma xidmətləri təqdim edəcək.