Artıq “Yango” tətbiqi ilə Bakıda ictimai nəqliyyat marşrutları qura bilərsinizbackend

Artıq “Yango” tətbiqi ilə Bakıda ictimai nəqliyyat marşrutları qura bilərsiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda “Yango” tətbiqində istifadəyə verilmiş yeni xidmət sayəsində Bakı şəhəri üzrə ictimai nəqliyyatda gündəlik səfərləri asanlıqla planlaşdırmaq mümkündür. Bu xidmət həmçinin taksi qiymətlərinin nisbətən yüksək olduğu və pula qənaət etmək istədiyiniz yüksək tələbat dövründə taksilərə sərfəli alternativlər tapmağa imkan verir. Bütün bunları tətbiqdəki yeni “Nəqliyyat” əlavəsi vasitəsilə etmək mümkündür.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bunun üçün sadəcə səfərin başlanğıc nöqtəsini və təyinat yerini daxil etmək, daha sonra “Nəqliyyat” əlavəsini seçmək kifayətdir. Tətbiq bütün mümkün səfər variantlarını, şəhər nəqliyyatının hərəkət cədvəllərini və hər bir marşrut üçün təxmini səfər vaxtını tapacaq və göstərəcək.

“İndiyədək Yango”nu rahat taksi sifarişi xidməti kimi inkişaf etdirmişik. Ancaq gələcək məqsəd tətbiqi şəhər sakinləri üçün universal köməkçiyə çevrilməkdir. Biz “Yango”nu Bakı sakinlərinin müxtəlif gündəlik problemləri həll edə biləcəkləri şəhər supertətbiqi kimi inkişaf etdirməyi planlaşdırırıq. “Nəqliyyat” əlavəsinin işə salınması bu istiqamətdə atılan ilk addımdır”, – “Yango”nun mətbuat xidmətindən bildirilib.

Tezliklə texnoloji şirkət bazara şəhər mühitinin inkişafına yönəlmiş bir sıra xidmətləri təqdim etməyi planlaşdırır ki, bu da yeni supertətbiq vasitəsilə istifadəçilər üçün əlçatan olacaq.