Artsrun Şuşa məğlubiyyətindən danışdı: Ya bacarmadılar, ya istəmədilərbackend

Artsrun Şuşa məğlubiyyətindən danışdı: Ya bacarmadılar, ya istəmədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın 44 günlük müharibə zamanı Şuşanın itirilməsi ilə heç bir əlaqəsi yoxdur”.

NOCOMMENT xəbər verir ki, bu sözləri “Aysor.am”a müsahibəsində nazirliyin keçmiş mətbuat katibi Artsrun Ovannisyan deyib: “Şuşa əməliyyatına kimin komandanlıq etdiyi məlumatlarına tam sahib deyiləm. Amma məndə olan məlumata görə, Ohanyanın şəhərin ələ keçirilməsi ilə heç bir əlaqəsi olmayıb”.

O bildirib ki, Ohanyanla müharibə zamanı Dağlıq Qarabağa səfərindən əvvəl danışıb: “Seyran Ohanyan öz peşəkarlığına uyğun tövsiyələr verdi, bəzilərini hərbçilər yerinə yetirdilər, bəzilərini yerinə yetirə bilmədilər, ya bacarmadılar, ya da istəmədilər”.

Qeyd edək ki, Seyran Ohanyan 2008-2016-cı illərdə Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb. İkinci Qarabağ Müharibəsi zamanı təkrar Azərbaycana qarşı döyüşmək üçün ordu sıralarına gəlib. 6 noyabr 2020-ci ildə Azərbaycan Ordusunun həmlələri nəticəsində o və oğlu ağır şəkildə yaralanıb./yeniavaz