Artur Vanetsyan: Soros şəbəkəsi Ermənistanı çökdürübbackend

Artur Vanetsyan: Soros şəbəkəsi Ermənistanı çökdürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda Soros şəbəkələri, vətəndaşlar üzərində təsir qrupları qurulub”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu “Şərəfim var” blokunun lideri, Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçısı Artur Vanetsyan bildirib.

Onun sözlərinə görə, bu şəbəkələrin illər ərzində “vətəndaş fəallığı” əfsanəsi altında apardığı fəaliyyət ictimai şüuru pozub: “Həm Ermənistandakı ictimai təbəqələrə, həm də Paşinyan hökumətinin bütün qərarlarına ciddi təsir göstərib. Nəticədə dövlətin əsasları, sosial etika, milli dəyər çöküb, hərbi məğlubiyyət baş verib”.

Vanetsyanın fikrincə, 2018-ci ildə erməni cəmiyyətinin əhəmiyyətli hissəsi aldanıb: “Hakimiyyət ölkəni hara apardığının fərqinə varmayıb”.