Artvində bir həftədə ikinci ayı hücumu!backend

Artvində bir həftədə ikinci ayı hücumu!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artvində bir həftə ərzində ikinci ayı hücumu baş verib. Kəmalpaşada ac ayı kəndə enərək mal-qaranı yeyib.

NOCOMMENT xəbər verir ki, hadisə rayonun Üçkardeş kəndində baş verib. Əldə edilən məlumata görə, heyvandarlıqla məşğul olan Mustafa Bilgin 3 baş iribuynuzlu mal-qaranı otarmaq üçün çıxarıb, lakin bir müddət sonra heyvanlarının yoxa çıxdığını anladı.

Çöldə axtarışa başlayanda çay sahəsində qonur ayı görüb.

Ötən günlərdə Şavşat mahalında 20 xırdabuynuzlu heyvanın ölümü ilə nəticələnən ayı hücumundan sonra Kemalpaşa rayonunda ayı hücumu çaxnaşmaya səbəb olub.